24 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu şəhərdən Azərbaycan sərhədinədək qatarlar işləyəcək

21.01.2019

Dağıstanın paytaxtı Mahaçqala şəhərindən Azərbaycan sərhədinədək elektrik qatarları xəttə buraxılacaq.
"Dövran Media"  Trend-ə istinadən xəbər verir ki, bu barədə qərar Dağıstan hökumətinin iclasında verilib.
İclas zamanı "Dağıstan ərazisində 2019-2021-ci illər üçün əhaliyə şəhərətrafı dəmiryol nəqliyyatı xidmətinin təşkil olunması barədə" müqavilə təsdiq olunub.
Bu sənəd Mahaçqala-Xasavyurt, Mahaçqala-Dərbənd və Mahaçqala-Azərbaycan sərhədi istiqamətləri üzrə sərnişin daşımalarını nəzərdə tutur.
Bundan başqa, iclas zamanı gələcəkdə Dərbənd-Azərbaycan sərhədi istiqamətində sərnişin daşımaları məsələsini hazırlamaq barədə razılıq əldə olunub.