27 05 2020-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
26/05/2020
25/05/2020
24/05/2020
23/05/2020

Tikiş fabriki Cocuq Mərcanlıda filial açır - VİDEO+FOTO

20.05.2020

Dövran Media xəbər verir ki, "T-finance LTD” MMC mayın 10-da açılışını etdiyi yeni tikiş müəssisəsinin ilk filialını Cocuq Mərcanlıda açmağa qərar verib. Bu barədə məlumatı qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səbuhi Bayramov bildirib.

Məlumat üçün bildirək ki, 2013-cü ildə fəaliyyətə başlamış "T-finance LTD” MMC neçə illərdir ökəmizdə müxtəlif növ qida məhsullarının istehsalı ilə məşğuldur. Şirkət bu il may ayının 10-da yeni tikiş müəssisəsinin açılışını edib. Ən keyfiyyətli texnoloji maşın və avadanlıqlarla təchiz edilmiş yeni müəssisə pandemiya dövründə əsasən gigiyenik yataq dəstləri, tibbi geyimlər və bu yönümlü xüsusi mallar istehsal edir. İstehsal olunmuş məhsulların ilk növbədə körpələr və qocalar evlərinə, həmçinin müəyyən klinikalara pulsuz paylanılması nəzərdə tutulub.
Müəssisənin icraçı direktoru İlahə İlyasova bildirib ki, məlum pandemiya təhlükəsi ilə əlaqədar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa ünvanladıqları "Evdə qal” çağırışına onlar da öz töhfələrini verməyə çalışıblar:

"Ölkə rəhbərliyinin xalqa ünvanladığı bu çağırış pandemiya təhlükəsinin qarşısını qısa zamanda almaq məqsədilə bərabər, həm də sosial yardımlaşmaya, birliyə, bərabərliyə dəvət idi. Dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizdən tutmuş ölkəmizdə fəaliyyət göstərən ən xırda müəssisələrə, sadə vətəndaşlara qədər hər kəs bu çağırışla səfərbər olub. Bu, həm də xalqın İlham Əliyevin ətrafında sıx birliyinin bir təzahürü və təsdiqi idi. "T-finance LTD” MMC də məhz o çağırışı əsas tutaraq, qısa müddət ərzində yeni tikiş müəssisəsini açdı".
ƏTRAFLI
Nospa_video_office

İ.İlyasova onu da vurğulayıb ki, əsas hədəfləri təkcə paytaxtda deyil, eləcə də bölgələrdə müəssisənin yeni istehsal mərkəzlərini açmaq və çoxlu sayda insanı işlə təmin etməkdir:

"Cocuq Mərcanlıda açılmış ilk filial da işğaldan azad edilmiş torpaqlarımıza qayıdışı simvolizə etməklə bərabər, həm də bölgələrimizlə bağlı hədəfimizdə ilk addımdır", - deyə icraçı direktor əlavə edib.