29 03 2020-cu il Bakı 10 ℃
DM RADİO
Onlİne xəbər
29/03/2020
27/03/2020
26/03/2020
25/03/2020
24/03/2020

İlham Zəkiyev mahnı ilə virusa meydan oxudu - VİDEO

18.03.2020

Paracüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyev "Virusa meydan oxuyaq” kampaniyasına qoşulub.
Xəbər verildiyi kimi, həmçinin Milli Paralimpiya Komitəsinin vitse-prezidenti olan İlham Zəkiyev "Qal, sənə qurban” mahnısını oxuyaraq estafeti Əməkdar artist Coşqun Rəhimova ötürüb.
Qeyd edək ki, ilk olaraq bu kampaniyanı İctimai televiziya başladıb. "Xəbərlər” proqramının aparıcısı Jalə Həsənli Tünzalə Ağayevanın repertuarından "Bu gün hər şey yaxşı olacaq” mahnısını səsləndirib və estafeti digər dörd həmkarına ötürüb.