24 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu robotlar kütlədə insanların temperaturunu ölçəcək

19.02.2020

Koronavirusla mübarizə çərçivəsində Çin mühəndisləri kütlə içində insanların yüksək bədən temperaturunu müəyyənləşdirən robotlar yaradıblar. Yerli "China Daily” qəzetinin məlumatında robotların istehsalına başlanıldığı bildirilir.
Bu teplovizor (termal) qurğularının əsas üstünlüyü onların eyni anda bir neçə insanın temperaturunu ölçməsindədir. Bundan başqa, robotlar insanların sifətini tanıyır və identifikasiya edir.
Sian Universitetinin professoru Mey Syuesunun sözlərinə görə, ixtira stansiya, aeroport, xəstəxana və digər ictimai yerlərdə istifadə edilə bilər. Hazırda professorun rəhbərliyi ilə çalışan qrup havanın dezinfeksiyasını aparan robot pilotsuz uçuş aparatının hazırlanması üçün səy göstərir. Hər iki kəşf virusun yayılması üzərində nəzarəti yaxşılaşdırmağa və insanlara təsir risklərini azaltmağa kömək edəcək.