01 10 2020-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
01/10/2020
30/09/2020
29/09/2020

Opera ulduzumuzun Ankarada uğurlu çıxışı - FOTO

12.02.2020

Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti, Prezident təqaüdçüsü İlham Nəzərov fevral ayının 9-da Ankarada Türksoyun təşkilatçılığı ilə görkəmli qazax şairi Abay Kunanbayevin 175 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edib.
Xəbər verildiyi kimi, o, sözləri A.Kunanbayevə, musiqi isə S.Muhəmmədcanova məxsus olan "Jark etpes könlüm ne kılsa da" ("Səs verməz könlüm nə etsə də") mahnısını Cumhurbaşkanlığı Simfonik orkestrinin müşaiyəti ilə ifa edib.
Müğənninin Ankarada uğurlu çıxışı Türksoy rəhbərliyinin də diqqətindən kənarda qalmayıb. Təşkilatın rəhbəri Düsen Kaseynov İ.Nəzərovun çıxışını yüksək qiymətləndirmiş və ifaçımızı diplomla mükafatlandırıb.
İlham Nəzərov artıq uzun illərdir ki, Azərbaycan musiqi mədəniyyətini Respublikamızdan kənarda layiqincə təmsil edir. Müğənninin Avropanın müxtəlif teatrlarında çıxışları, konsert fəaliyyəti, müxtəlif beynəlxalq festivallarda çıxışları musiqi mədəniyyətimizin zənginləşdirilməsinə xidmət edir.
Qeyd edək ki, İ.Nəzərov ilə yanaşı həmin konsertdə Azərbaycan Dövlət Musiqili Komediya teatrının solisti Eleonara Mustafayeva da iştirak edib./day.az/