20 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Səudiyyə Quranı dəyişdirib - İslam dünyası şokda+ FOTO

29.01.2020

İslam dünyası etiraz etdi: Səudiyyə Ərəbistanı Quranı dəyişdirib - FOTO
Səudiyyə Ərəbistanında fəaliyyət göstərən Kral Fəhd Akademiyasının nəşr etdiyi müqəddəs Qurani-Kərimin ibrani dilinə olan tərcüməsi etirazlara səbəb olub.
"Haber7" portalının yaydığı xəbərə görə, buna səbəb Qurani-Kərimin tərcüməsi zamanı 300 ayənin orijinalından fərqli təqdim edilməsidir.
"Mötədil İslam" adı ilə ölkədə bəzi dəyişikliklər həyata keçirən ər-Riyad rəhbərliyinin Quranın yazılarını dəyişdirmək cəhdi İslam ölkələrinin etirazı ilə qarşılanıb.
"Shebab" agentliyi yazır ki, İslam Peyğəmbəri həzrət Məhəmmədin (s) adı ibrani dilində olan kitabın nəşrindən çıxarılıb, əl-Əqsa məscidi isə "heykəl" sözü kimi təqdim edilib.
Kitabın tərcüməsi Əsəd Nəmr Basul adlı səudiyyəli alimə məxsusdur. Onun bu dəyişiklikləri kitabın yəhudilərin müqəddəs kitabı olan Tövratla eyniləşdirilməsi səbəbindən etdiyi diqqətdən yayınmayıb.
İsrail ilə yaxın əlaqələri olan Səudiyyə Ərəbistanı rəhbərliyinin Qurani-Kərimin tərcüməsinə etdiyi dəyişikliklərin rəsmi Təl-Əvivi məmnun etmək xarakteri daşıdığı iddia edilir.
Qeyd edək ki, müqəddəs kitab ətrafında yaranan qalmaqaldan sonra Kral Fəhd Akademiyası tərəfindən nəşr olunan Qurani-Kərimin ibrani dilinə tərcüməsi saytdan çıxarılıb./baku.ws/