19 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

Azərbaycan millisi 5-ci yerə yüksəldi

20.01.2020

Avropa Voleybol Konfederasiyası kişi və qadın komandaların yeni reytinq cədvəlini açıqlayıb. 
 Fərid Cəlalovun rəhbərlik etdiyi kişilərdən ibarət Azərbaycan yığması mövqeyini itirib. 
Komandamız 3 pillə geriləməklə, 32-ci yerə enib. Təmsilçimizin aktivində 90 xalı var. 
47 ölkənin yer aldığı siyahıya yenə Serbiya başçılıq edir. 244 xala malik olan komanda ikinci pillədə yer alan Rusiyanı 8 xal qabaqlayır. "Üçlüy”ü 229 xalla Belçika qapayır. 
Kişi voleybolçulardan fərqli, qadınlardan ibarət Azərbaycan yığması 6 pillə irəliləyib. Avropada 5-ci yerə yüksələn millimiz 225 xala malikdir. 44 komandanın yer aldığı cədvəldə də Serbiya (250 xal) birincidir. Onlarla yanaşı, ölkəmizi yalnız Türkiyə, İtaliya və Niderland (hamısı 236) qabaqlayır. 
Top-10-da Rusiya, Almaniya, Bolqarıstan, Polşa kimi aparıcı yığmalar geriləyiblər.