25 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ Çinin qarşısına tələb qoydu

13.01.2020

ABŞ Çin hökumətindən İran neftindən tam imtina etməsini tələb edib.
Bu barədə "Fox News" telekanalı ABŞ-ın Maliyyə naziri Stiven Mnuçinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, İran öz neftinin təxminən 70% -ni Çinə ixrac edir. Nazir iddia edib ki, rəsmi Tehranın aldığı vəsait Yaxın Şərqdəki hərbi əməliyyatlara sərf olunur.
Bununla yanaşı, Mnuçin ABŞ-ın sanksiyaları səbəbindən İranın neft məhsullarının satışından əldə etdiyi gəlirin 95% azaldığını vurğulayıb.
Nazirin sözlərinə görə, hazırda Vaşinqton və Pekin İrandan Çinə neft tədarükünün tamamilə dayandırılması barədə danışıqlar aparırlar.