14 12 2019-cu il Bakı 10 ℃
DM RADİO
Onlİne xəbər
13/12/2019
12/12/2019

Mənzilin özəlləşdirilməsi üçün hara və hansı sənədlərlə müraciət etdilməlidir?

10.05.2018


Cavab: mənzilin özəlləşdirilməsi üçün "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş aşağıdakı sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim edilməlidir:

- mənzil sahəsinin orderi;

- mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan, həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxslərin ərizəsi (notariat qaydasında təsdiq olunur);
- mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma).

Qeyd olunan sənədlər ərizə, şəxsiyyəti təsdiq edən sənəd və dövlət rüsumunun ödənilməsi barədə sənədlə birlikdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim olunmalıdır.

Təqvim


KİVDF