19 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024
14/03/2024

"Nikahım məhkəmə qaydasında pozulmuşdur..."

16.01.2018

Nikahım məhkəmə qaydasında pozulmuşdur. Məhkəmə üç uşağım üçün məndən 300 manat məbləğində aliment tutmuşdur. Halbuki təqdim etdiyim iş yerindən arayışda aylıq əməkhaqqımın cəmi 350 manat olması öz əksini tapmışdı. Məhkəmənin qərarı düzdür?


Hüseyn SÜLEYMANOV,

Sumqayıt şəhəri


Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 76-cı maddəsi aliment məbləğinin valideynin qazancının (gəlirinin) müəyyən hissəsi (1/4, 1/3, 1/2) şəklində, 78-ci maddəsi isə sabit pul məbləğində (100 manat, 150 manat və s.) tutulmasını təsbit edir.

Məhkəmə işin hallarından çıxış edərək saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarını hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də sözügedən məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyənləşdirə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsi tələb edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulsun.

Təcrübə göstərir ki, məhkəmələr alimenti sabit pul məbləğində müəyyənləşdirərkən, bir qayda olaraq, məhkəmə qətnaməsinin qəbul edildiyi il üzrə uşaqlar üçün təyin edilmiş yaşayış minimumunun miqdarını əsas götürürlər. Məsələn, uşaqlar üçün bu məbləğ 2014-cü il üzrə 103 manat, 2015-ci il üzrə 108 manat müəyyən edilmişdir.

Məhkəmə sizin verəcəyiniz alimenti sabit pul məbləğində müəyyən edərkən məhz sözügedən yaşayış minimumundan çıxış etmişdir.

Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi