25 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sarabskinin 140 illiyi - FOTOLAR

07.11.2019

Noyabrın 5-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Binəqədi Mərkəzi Mədəniyyət evində Hüseynqulu Sarabskinin 140 illik yubileyinə həsr olunmuş "Qəlblərdə yaşayan sənətkar" adlı tədbir keçirilib.
Sənətkarın adını daşıyan Mədəniyyət evinin kollektivi tədbirin açılışında Hüseynqulu Sarabskinin həyat və yaradıcılığını əks etdirən  videoçarx təqdim edib.  Mədəniyyət evinin kollektivinin xalq artistinin Fəxri xiyabanda məzarını ziyarət etməsi, məzarı üzərində Məcnun obrazından bir parça muğam və qəzəl ifa olunmasını əks etdirən videoçarx təqdim olunub.
Tədbirdə Hüseynqulu Sarabskinin ifasında "Qalalı" mahnısı səsləndirilib, muğam ifaçıları Orxan Hüseynli və Sədəf Budaqova "Leyli və Məcnun" operasından məktəb səhnəsini ifa ediblər.
Mədəniyyət evinin xalq teatr kollektivinin ifasında Hüseynqulu Sarabski və Üzeyir Hacıbəylinin görüş səhnəsi, Leyli və Məcnun operasından səhnəcik təqdim olunub.
Sonda muğam ifaçıları, xalq teatr kollektivinin üzvləri fəxri fərmanla təltif edilib.