25 02 2020-cu il Bakı 4 ℃
DM RADİO
Onlİne xəbər
25/02/2020
24/02/2020
23/02/2020
22/02/2020

Türk düşmənlərinin siyasi sirkulyasiya cəhdi İFŞA OLUNDU - FOTO

09.10.2019

Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələrinin Fərət çayının şərqində başladığı "Sülh çeşməsi” (Barış Pınarı) antiterror əməliyyatı haqqında dünya ictimaiyyətində yanlış fikir formalaşdırmaqda maraqlı olan düşmən qüvvələr sosial şəbəkədə saxta məlumatlar yaymağa başlayıblar.

"Dövran Media" AZƏRTAC-a istinadən xəbər verir ki, bu səpkili məlumatların birində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımına aid orijinal fotodan istifadə olunub. Sosial şəbəkə izləyicilərini aldatmağa çalışaraq yazıblar ki, guya bu fotolar Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində həyata keçirdiyi "Zeytun budağı” və "Fərat qalxanı” antiterror əməliyyatları zamanı çəkilib. Türkiyə KİV-ləri fotoların Xocalı soyqırımına aid olduğu barədə məlumat yayaraq yalanı ifşa ediblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara
MEDİA



MEDİA
Təqvim


KİVDF