25 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kral ailəsi Cənubi Afrikaya çatdı - FOTO

04.10.2019

Ingiltərənin kral ailəsinin Meqan Markl və Şahzadə Harri Cənubi Afrika Respublikasının Prezidenti və xanımı ilə görüşüblər. 
38 yaşlı Meqan və 35 yaşlı Şahzadə Harri Afrika turnesi çərçivəsində ölkənin birinci adamları ilə rəsmi görüş keçirib.
Rahiblər Nelson Mandelanın dul qadını ilə ünsiyyət qurandan dərhal sonra, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafos və həyat yoldaşı Nomazizi Mtşoşisa ilə görüşməyə gediblər. 
Bu tədbirə Meqan Qras Maşel ilə görüşdüyü zaman geyindiyi eyni zərif libasda qatılıb.
Siril Ramafos və həyat yoldaşı qaldıqları rezidensiyada Meqan və Harrini məmnuniyyətlə qarşılayaraq, onlara qısa bir tur təşkil ediblər. Bundan sonra hersoqlar, Siril Ramafos və Nomazizi Mtşoşise qonaq otağında çay süfrəsinə oturaraq Cənubi Afrikanın aktual problemlərini və kral turunun nəticələrini müzakirə ediblər
Xatırladaq ki, Meqan və Harri sentyabrın 23-dən bəri Afrikadadır.