26 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əfsanəvi müğənni vəfat edib

02.10.2019

Əfsanəvi çex müğənnisi Karel Qott vəfat edib.
Bu barədə müğənninin prodüseri məlumat verib.
Onun 80 yaşı vardı. 
İfaçılıq karyerasına 1950-ci illərdə başlayan Karel Qott paralel olaraq tramvay zavodunda çalışıb. 1960-cı illərdən sonra özünü bütövlükdə musiqiyə həsr edən ifaçı konservatoriyaya daxil olub. O, Çexiyada tvist dəbə minəndən sonra məşhurlaşıb. Müğənnilərin "Qızıl bülbül” adlı milli müsabiqəsində qələbə qazanandan sonra "Apollon” adlı şəxsi teatrını yaradıb. 
Qott sentyabr ayında qan xərçəngindən əziyyət çəkdiyini bildirmişdi.