20 09 2019-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
20/09/2019
19/09/2019

Həbib bu döyüşdən bu qədər QAZANACAQ

05.09.2019

Məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədovun amerikalı Dastin Puarye ilə döyüşdən qalib çıxacağı halda əldə edəcəyi qonorar məlum olub.
TASS-ın məlumatına görə, bu məbləğ 6 milyon dollardan çox olacaq.
Həbibin atası Əbdülmanap Nurməhəmmədov deyib ki, oğlu bu dəfə qalib gələrsə, Makqreqorla döyüşdən 3-3,5 dəfə daha çox qazanacaq. Xatırladaq ki, 2018-ci ilin oktyabrında olan həmin görüşdə Həbibin qonorarı 2 milyon dollar olmuşdu.
İdmançının atası deyib: "Biz az pul üçün dalaşmırıq, biz qiymətimizi bilirik. İki milyon ən yaxşı idmançı və UFC-nin ən tanınmışı üçün azdır. Biz zala çıxanda görəcəksiniz – tamaşaçılar Puaryeni necə qarşılayır, Həbibi necə".
Qeyd edək ki, sentyabrın 7-də Əbu-Dabidəki UFC turnirində Həbib Nurməhəmmədov amerikalı Dastin Puarye ilə qarşılaşacaq. Həbibin hesabında 27 döyüşdən 27 qələbə, Puaryedə isə 25 qələbə və 5 məğlubiyyət var.(Oxu.az)

Təqvim


KİVDF