26 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Youtube, dostuna Lamborghini hədiyyə etdi - VİDEO

24.08.2019

YouTube ulduzu David Dobrik ən yaxın dostlarından biri Heath Hussara yeni Lamborghini Huracan hədiyyə edib. Hussar hədiyyəni görəndə sevincdən göz yaşlarını saxlaya bilməyib.
David Dobrik 13 milyon abunəçisi olan və dünyaca məşhur bir YouTuberdir. Dobrik yeni Need For Speed oyunu Heat-in tanıtımı üçün EA ilə əməkdaşlıq edib.
Dobrik, EA-dan gələn Lamborghini Huracan-ı Youtube-də 2 milyon izləyicisi olan yaxın dostu Heath Hussar-a hədiyyə edib.ABŞ-da həmin avtomobilin qiyməti 200 min dollardan çoxdur.
David Dobrikin 20 Avqust tarixində yüklədiyi videoda əvvəlcə digər dostlarının hədiyyələrini verir. Sonda isə Hussar-a qırmızı lent ilə yeni Lamborghini hədiyyə edir.
İlk olaraq hədiyyənin ona verildiyinə inanmayan Hussar, zarafat olmadığını öyrəndikdən sonra göz yaşlarını saxlaya bilməyib. Video 15 saatdan az müddətdə 5 milyon dəfə baxılıb.
Heath və Dobrik fanatları rəylərdə bu qərarın düzgün verildiyini qeyd ediblər.