04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Spiker jurnalistlərə narazılığını bildirdi

09.07.2019

Parlamentdə akkreditasiyadan keçməyən jurnalistlər deputatların işindən şou yaratmağa cəhd edirlər.
Bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
"Təəssüf ki, Milli Məclisin plenar iclasları başa çatdıqdan KİV-də yazırlar ki, parlamentdə deputatlara çıxış etməyə şərait yaratmırlar. Çıxışlar zamanı hər dəfə qanun layihələri barədə məlumatlar verilir, bəzi hallarda izah edirəm ki, qanun layihəsi ikinci və ya üçüncü oxunuşlarda müzakirə edilir. Deputatlara çıxış etməyə imkan yaradılır”, - O.Əsədov bildirib.
Spiker qeyd edib ki, Milli Məclisdə akkreditasiyadan keçən jurnalistlər prosedur qaydaları ilə tanışdırlar, lakin təəssüf ki, digər jurnalistlər bundan şou yaratmaq istəyirlər.