04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qurban bayramında çadırlar qurulacaq

09.07.2019

Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramına hazırlıq işləri görür.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qurumun fəaliyyətinin ildönümünə həsr olunmuş mətbuat konfransında deyib.
Q.Təhməzli bildirib ki, Bakıda və regionlarda bayram vaxtı heyvan kəsimi ilə bağlı çadırlar quraşdırılacaq:
"Bu çadırlar, heç olmasa, minimum standartları özündə cəmləşdirən heyvan kəsimi çadırları olmalıdır”.
AQTA sədri vurğulayıb ki, Qurban bayramında bir çox yerlərdə heyvan kəsimi ilə bağlı vəziyyət sözün əsl mənasında biabırçılıqdır. Bu, istənilən xəstəliyin yayılmasına səbəb ola bilər.