08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Zeytun budağı”ndakı itkilər açıqlandı

10.04.2018

"Zeytun budağı” əməliyyatı nəticəsində 52 qəhrəman əsgərimiz şəhid olub.
"Dövran Media"nın xəbərinə görə, bunu Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Bəkir Bozdağ deyib.
O qeyd edib ki, əməliyyat başlayandan - yanvarın 20-dən bu günə kimi 232 əsgər və hərbçi yaralanıb.
Onun sözlərinə görə, eyni zamanda, yeddi mülki şəxs şəhid olub, 125 mülki şəxs isə ağır yaralanıb.
Baş nazirin müavini həmçinin 4044 terrorçunun məhv edildiyini açıqlayıb:
"282 kənd, 50 strateji məntəqə olmaqla, 332 bölgə nəzarət altına alınıb.
Afrin bölgəsi tamamilə nəzarət altındadır.
Nəzarət altına alınan ərazi bütövlükdə iki min km-dən çoxdur”.