04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putini söyən jurnalistə Kadırovdan kəskin reaksiya

09.07.2019

Çeçenistan lideri Ramzan Kadırov Gürcüstanın "Rustavi 2” telekanalının efirində Rusiya Prezidenti Vladimir Putinin ünvanına səsləndirilmiş təhqirlərə kəskin reaksiya verib.
Xəbər verildiyi kimi, Kadırov qalmaqallı proqramın aparıcısı Georgi Qabuniyanı şərəfsiz, qorxaq adlandırıb, onu kişi hesab etmədiyini bildirib.
Kadırov həmçinin jurnalistin ən ağır şəkildə cəzalandırılmasını istəyib. Onun sözlərinə görə, bu canlı efirdə sərf olunan sözlər Qafqazda heç bir halda istifadə olunmur.
Kadırov hadisəni iyrənc bir təxribat adlandırmaqla bərabər, gözlənilmədən baş verən insident zamanı canlı yayımın dərhal dayandırılmalı olduğunu da söyləyib.
Cavab tədbiri kimi Çeçenistan rəhbəri Gürcüstana gedən bütün yolları bağlamağı təklif edib.
Qeyd edək ki, Rustavi-2-də yayımlanan "P.S.” proqramının aparıcısı Georgi Qabuniya Rusiya Prezidenti Vladimir Putinin ünvanına müxtəlif təhqiramiz ifadələr səsləndirib.