04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda güclü zəlzələ: 1 ölü, 64 yaralı var

08.07.2019

İranın qərbində 5,7 maqnitudalı zəlzələ baş verib.
Report xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat verib.
Seysmoloqların bildirdiyinə görə, yeraltı təkanlar Bakı vaxtı ilə səhər saat 11:00-da qeydə alınıb, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələnin episentri Məscide-Süleyman şəhərindən 37 km cənub-şərqdə və Əhvaz şəhərindən 87 km məsafədə yerləşib.
"Tasnim"in yazdığına görə, zələzələ nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.
***
Zəlzələ nəticəsində xəsarət alanların sayı 64 nəfərə çatıb.
İSNA-nın məlumatına görə, bu barədə Xuzistan vilayətinin təcili tibbi yardım mərkəzinin rəhbəri Məhəmməd Əmin Zərgər bildirib.