03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenski Putinlə Minskdə görüşmək istəyir

08.07.2019

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinə Minskdə görüşməyi təklif edib.
Bu barədə "RİA Novosti” məlumat verib."Hesab edirəm ki, Aleksandr Lukaşenko bizi böyük məmuniyyətlə qəbul edəcək”, - deyə Zelenski bildirib.Ukrayna Prezidenti əlavə olaraq sammitdə Donald Tramp, Emmanuel Makron, Tereza Mey və Angela Merkelin də iştirak etməli olduğunu qeyd edib.
"Danışmaq lazımdır? Lazımdır. Krımın kimə məxsus olduğunu və Donbasda kimlərin olmadığını müzakirə edək”, - deyə Zelenski mövzunu dəqiqləşdirib.Təşəbbüs Ukrayna və Rusiya telekanalları arasında "Danışmaq lazımdır” adlı telekörpünün anonsundan sonra yaranıb.
Məlumata görə, Kreml artıq Ukrayna Prezidentinin təklifinə reaksiya verib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın təklifi nəzərdən keçirəcəyini deyib və dialoqun perspektivinin qiymətləndirilməsinin vacib olduğunu vurğulayıb.