03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əbabil quşu Bakıda? - FOTO

08.07.2019

Müqəddəs Quran kitabında adı çəkilən əbabil quşuna Bakıda rast gəlinib.
Xəbər verildiyi kimi, əbabil quşu Bakıda fəaliyyət göstərən ofislərdən birinə girib. Bu barədə şirkətin əməkdaşı məlumat verib:
"Səhər ofisə gələndə gördüm. Uça bilmirdi. O quşlar daim havada uçur. Nadir hallarda yerə qonur. Gördüm ofisdə, masanın üzərindədir. Tutdum, su verdim, içdi. Sonra balkondan buraxdıq, sürət yığıb havaya qalxdı və gözdən itdi".
Qeyd edək ki, əbabil quşları barədə Quranın Fil surəsinin 105-ci ayəsində məlumat verilib: "Yəmən hökmdarı Əbrəhə döyüş filləri ilə birlikdə Kəbəni dağıtmaq üçün Məkkə üzərinə hücum edəndə Allahın əmri ilə bir dəstə quş Qırmızı dəniz tərəfdən uçub gəldi. Onların hər biri dimdiyində və iki caynağında bişmiş gildən düzəlmiş xırda daş tutmuşdular. Quşların atdıqları daşlar döyüşçülərin bədənində yara əmələ gətirərək tezliklə onların ölümünə səbəb oldu"./ölkə.az/