04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yayın ortasında buz kimi taksi - FOTO

08.07.2019

Avropada müşahidə olunan kəskin istilərdə müştəri cəlb etmək istəyən taksi sürücüləri maraqlı üsullara əl atırlar.
Londonun məşhur taksi xidmətində işləyən sürücülərdən biri idarə etdiyi avtomobili qış ab-havasında bəzəyib. Avtomobilin içini buz dağı şəklində və qalın ağ kürklərlə döşəyib. Sürücü taksidə pulsuz dondurma və sərin içkilər də təklif edir.
Taksinin soyuducu sistemi gün ərzində fasiləsiz olaraq çalışır ki, bu da avtomobilin salonunu sərin, hətta bəzən buz kimi edir. Sürücü bununla son günlər rekord istilər müşahidə edilən Londonda özünə xeyli müştəri cəlb edə bilib.