06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident Anatollu Qəniyevin oğluna mənzil bağışladı

08.07.2019

Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Heydər Anatolluya ev bağışlayıb.
Bu barədə H.Anatollu Oxu.Az-ın əməkdaşı ilə söhbətində bildirib.
Mərhum müğənni Anatollu Qəniyevin oğlu deyib ki, Bakı Şəhəri İcra Hakimiyyətindən zəng vuraraq cənab Prezidentin ona mənzil hədiyyə etdiyini bildiriblər:
"Artıq evlə tanış olmuşam. Üç otaqlıdır. Yeni Yasamal ərazisində yerləşir.
Cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu, sənətimə və səhnə fəaliyyətimə verilən ən yüksək dəyərdir”.
Qeyd edək ki, bundan əvvəl ölkə başçısı Xalq artisti Məmmədsəfa Qasımova, Əməkdar artistlər Vəfa Rzayevaya, Sənubər İsgəndərliyə də ev hədiyyə edib.