06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sensasiya - İlk robot-rəssam...

08.07.2019

İnnovasiyalı texnologiyalar sahəsində daha bir sensasiyaya imza atılıb.
Azərtac xəbər verir ki, ixtiraçı Eyden Meller dünyada ilk robot-rəssam yaradıb. İlk qadın proqramçı qrafinya Ada Lavleysin şərəfinə Ay-Da adlandırılan bu texnologiya möcüzəsinin əsərlərindən ibarət ilk sərgi Oksfordda keçirilir. Bildirilir ki, Ay-Da artıq 1 milyon dollardan çox pul qazana bilib.
Eyden Meller jurnalistlərə müsahibəsində deyib: "Bütün zamanlarda rəssamların hamısının bir ümdə məqsədi olub: əsərlərində yaşadıqları cəmiyyətin gerçəkliyini əks etdirmək. Ay-Da isə bu gün istifadə etdiyimiz yüksək texnologiyaların əksidir”.
Ay-Danın gözlərində quraşdırılmış həssas kamera əşyanın təsvirini işləmək üçün onu kompüter "gözlərinə” ötürür. Sonra alqoritm rəsmin çəkilməsi üçün koordinatları müəyyən edir və onları tabloya köçürür. Nəticədə fotorealist təsvirlər deyil, unikal rəsm əsrləri yaradılır.