02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Rustavi 2” kanalının direktoru üzr istədi

08.07.2019

Gürcüstanın müxalif "Rustavi 2” televiziya kanalı aparıcı Giorgi Qabuniyanın qalmaqala səbəb olan monoloquna görə tamaşaçılardan üzr istəyib.
"Gürcüstan Online” xəbər verir ki, kanalın direktoru Nika Qvaramiya aparıcının hərəkətinin qəbuledilməz olduğunu bildirib.
Bəyanatda qeyd olunub ki, aparıcının hərəkəti "Rustavi 2”nin redaksiya siyasəti və kanalın yüksək standartlarına cavab vermir.
Yayımçı G.Qabuniya ilə bağlı müvafiq qərarın qəbul olunacağını qeyd edib.
Hazırda "Rustavi 2” kanalının ofisi yaxınlığında etiraz aksiyası davam edir.
Qeyd edək ki, "Rustavi 2” kanalında yayımlanan "Postskriptum” proqramında aparıcı G.Qabuniya Rusiya Prezidenti Vladimir Putinin ünvanına rus dilində qeyri-etik ifadələr işlədib.