02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aparıcı Putinin anasını söydü, yayım dayandı + VİDEO

08.07.2019

Gürcüstanın Rustavi-2 televiziyası yayımını müvəqqəti dayandırıb.
Bunu jurnalistlərə açıqlamasında Rustavi-2-nin baş direktoru Nika Qvaramiya deyib. Onun sözlərinə görə, Putinin televiziyanın jurnalisti tərəfindən söyülməsindən sonra başlayan etiraz aksiyaları jurnalistlərin təhlükəsizliyi üçün təhdid yaradıb.
Qvaramiya Rustavi-2-nin aparıcısı Georgi Qabuniyanın təhqiramiz sözlərinə görə üzr istəyib. Bununla belə, o, Rusiya prezidentinin bu təhqirlərin hər birini haqq etdiyini, amma Qabuniyanın bu təhqirləri daha münasib dillə deməsi gərəkdiyini söyləyib.
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili də insidentə münasibət bildirib. O, Rustavi-2-ni isteriyadan uzaq durmağa səsləyib:
"Rusiya imperializmi və işğalı ilə mübarizədə bizim media isterik Rusiya KİV-lərinə çevrilməməlidir. Haqq bizim tərəfimizdədir və həqiqəti sivil formada vermək lazımdır”.
Qeyd edək ki, bundan öncə Rustavi-2-də yayımlanan "P.S.” proqramının aparıcısı verilişin başlanğıcından Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək, ona qarşı müxtəlif təhqiramiz ifadələr səsləndirib. Bundan sonra televiziya binası qarşısında yüzlərlə insanın iştirakı ilə etiraz aksiyası təşkil olunub.
Rustavi-2 bir neçə saatlıq fasilədən sonra yayımını bərpa edib.
Rustavi-2-nin rəhbəri Nika Qvaramiya kanalın əməkdaşlarını ofisə geri dönməyə, hakimiyyəti isə jurnalistləri müdafiə etməyə çağırıb.