29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

UNESKO-dan Şəki şəhəri ilə bağlı TARİXİ QƏRAR

07.07.2019

Şəki şəhərinin tarixi mərkəzi (Xan Sarayı da daxil olmaqla) UNESKO Dünya İrs Mərkəzinin Dünya İrsi Siyahısına daxil edilib.
Bununla bağlı qərar UNESKO Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası zamanı verilib.
Müzakirələr olduqca gərgin keçib. Tarixi Yerlərin və Abidələrin Mühafizəsi üzrə Beynəlxalq Şuranın (ICOMOS) nümayəndəsi çıxış edərək bu irsin Dünya İrs Siyahısına daxil edilməmsinin məqsəduyğun olmadığını bildirb. Bir sıra ölkələr – Küveyt, Çin, Tunis, Qvatenala, Kuba, İndoneziya, Kuba, Qırğızıstan, Burkina Faso siyahıya daxil edilmələsinin tərəfdarı kimi çıxş edib. Qeyd edək ki, Dünya İrs Siyahısına bütün dünya üzrə 167 dövlətə məxsus cəmi 1113 təbii və mədəni irs nümunəsi daxildir. İndiyədək Dünya İrs Siyahısına Azərbaycandan cəmi 2 irs nümunəsi daxil idi. Bunlar 2000-ci ildə siyahıya daxil edilmiş İçərişəhər (Şirvanşahlar saray kompleksi və Qız qalası ilə birgə) və 2007-ci ildə siyahıya daxil edilmiş Qobustan qayaüstü təsvirləridir.