29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kremlin təsirinə qarşı xüsusi konsepsiya hazırlandı

06.07.2019

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) "Kremlin zərərli təsirlərinə qarşı fəaliyyət konsepsiyası” hazırlayıb.
Bunu USAİD-in direktoru Mark Qrin deyib.
"Konsepsiya avtoritar çağırışlara onların yönəldiyi ölkələrin iqtisadi və demokratik dayanıqlılığının artırılması və Kremlin yumşaq güc aqressiyasının nəticələrinin yumşaladılmasını nəzərdə tutur. Moskva rejimi ideoloji təsirini öz sərhədləri xaricinə yaymağa çalışan yeganə avtoritar rejim deyil.
Avropa və Avrasiyaya gəlincə isə burada Kremlin səyləri aydındır. Moskva yorulmadan iqtisadi liberallığı müxtəlif ölkələrin suverenliyini zəiflədərək və demokratik inkişafa maneələr yaradaraq, məhv etməyə çalışır”, - deyə o bildirib.
Qrin Rusiya təsirinə misal olaraq RT kanalını və "Sputnik”i göstərib:
"Moskva xüsusilə energetika sektorunda iqtisadi manipulyasiya tədbiq edir, öz qonşularının Rusiya neft və qazından tarixi asılılığından istifadəyə çalışır. Moskva maliyyə baxımından kremlyönlü siyasi partiyaları ya antidemokratik namizədlərin seçilməsi, ya da sadəcə qeyri-müəyyənlik yaratmaq üçün istifadə edir. USAİD tərəfdaşlarına Qərb iqtisadiyyatlarına inteqrasiyanın genişləndirilməsi hesabına Rusiya enerji resurslarından asılılıqlarını azaltmaqda köməyə hazırdır. Konsepsiyamız ölkələrə daha sivil siyasi partiyalar və qrupların yaradılması üçün vasitələr təklif edir”