29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyada “Vikipediya”nın analoqu yaradıla bilər

06.07.2019

 Rusiyanın Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi "ümummilli interaktiv ensiklopedik portalın” maliyyələşdirilməsi barədə qanun layihəsi hazırlayıb. 
Normativ hüquqi aktlar layihələri portalında yerləşdirilən sənəd dövlət tərəfindən federal büdcədən portalın yaradılmasına və fəaliyyətinə vəsaitlərin ayrılma qaydalarını tənzimləyir. Bu vəsaitlər platformanın fəaliyyətini, tələb olunan resurslara abunə haqlarının ödənilməsini, çəkilişləri, arxiv materialların istifadəsini, proqram təminatının işlənməsini təmin edəcək.
Qanun layihəsinin fəaliyyət müddəaları 1 yanvar 2019-cu ildən yaranmış bütün hüquqi münasibətlərə aid olunacaq.
RBK qeyd edir ki, Rusiya Milli Kitabxanasının keçmiş direktoru Aleksandr Vislıy bu resursu Böyük Rusiya Ensiklopediyasının elektron analoqu və yerli "Vikipediya”nın rəqibi” adlandırıb.