02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Məşhur aktrisamızın pulunu oğurladılar

05.07.2019

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) Bakı-İstanbul reysində oğurluq hadisəsi baş verib.
Verilən məlumata görə, Türkiyədə fəaliyyət göstərən aktrisa, əməkdar incəsənət xadimi Məlahət Abbasovanın çantasındaan 1000 ABŞ dolları oğurlanıb.
M.Abbasova bildirib ki, təyyarəyə minməzdən əvvəl pul çantasında olub:
"Mən Bakıda təyyarəyə mindim, sonra çantamı başımın üzərindəki dolaba qoydum. Uçuş müddətində yatmışam və heç nədən xəbərim olmayıb. İstanbulda təyyarədən endikdən sonra pulumun oğurlandığını bildim”.
Azərbaycanlı aktrisa faktla bağlı İstanbul Hava Limanındakı təhlükəsizlik orqanlarının əməkdaşlarını məlumatlandırıb:
"Onlar son bir ay ərzində AZAL-ın həyata keçirdiyi aviareyslərdə oğurluq hadisəsi ilə bağlı bir neçə müraciətin daxil olduğunu bildirdilər. Eyni zamanda sonuncu dəfə on gün əvvəl bir xanımın çantasından xəstəxanaya ödəmək üçün gətirdiyi 18 000 ABŞ dollarının oğurlandığını söylədilər. Həmin qadın hava limanını ağlayaraq tərk edib".
"Polislər təyyarələrin içində kameralar olmadığı üçün oğurluq hadisəsini törədənlərin tapılmasının qeyri-mümkün olduğunu deyərək yalnız şübhələndiyim biri varsa, məsələnin hüquqi müstəvidə araşdırılması üçün kömək edə biləcəklərini vurğuladılar. Onlar oğruların şəbəkə şəklində fəaliyyət göstərdikləri qənaətindədir", - deyə o qeyd edib.
Azərbaycan Hava Yolları QSC-nin (AZAL) mətbuat katibi Paşa Kəsəmənski bildirib ki, oğurluq hadisəsi ilə əlaqədar araşdırma aparılır:
"Məsələ ilə bağlı həmin aviareysin baş bələdçisi dindirilməlidir. Bundan sonra hadisə ilə əlaqədar ətraflı məlumat veriləcək”.
O, təyyarənin salonunda kameraların olmadığını da vurğulayıb.