09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lavrov: "Afrin Suriya hökumətinə qaytarılmalıdır"

09.04.2018

"Afrində vəziyyəti normallaşdırmaq üçün ən sadə üsul onu Suriya hökumətinin nəzarətinə qaytarmaqdır".
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
S. Lavrov xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan heç vaxt Türkiyənin Afrini işğal etmək istədiyini söyləməyib: "Afrində indi vəziyyət normallaşıb və Türkiyə qarşısına qoyduğu əsas məqsədə nail olub. Buna görə də bu ərazi Suriya hökumətinin nəzarətinə qaytarılmalıdır”.
Qeyd edək ki, Türkiyə ordusu və müxalif Azad Suriya Ordusu bu il yanvarın 20-də Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün "Zeytun budağı” əməliyyatına başlayıb. Martın 18-də Afrin şəhəri terrorçulardan alınıb və bununla da əməliyyatın əsas mərhələsi başa çatıb.