05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Onlar Azərbaycanı ən etibarlı dost hesab edir

05.07.2019

Türkiyə əhalisinin 65,3 faizi Azərbaycanı ölkənin ən etibarlı dostu hesab edir.
Xəbər verildiyi kimi, bu barədə Kadir Has Universitetinin keçirdiyi sorğunun nəticələrində deyilir.
Sorğuya əsasən, rəyi soruşulanların 81,3 faizi ABŞ-ı Türkiyə üçün ən böyük təhlükə kimi görür.
Bundan başqa, respondentlərin 45 faizi Türkiyəni İslam ölkəsi, 17,6 faizi dünyəvi və Avropa ölkəsi hesab edir.
Əhalinin 61,1 faizi düşünür ki, Ankara Avropa İttifaqına qoşulmaq üçün danışıqlar aparmalıdır və beş ildən sonra ölkə Aİ-nin tamhüquqlu üzvü olacaq.