05 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Səddama ölüm hökmü oxuyan hakim ÖLDÜ

05.07.2019

İraqın keçmiş prezidenti Səddam Hüseyn barəsində edam hökmü çıxaran hakimlərdən biri olan Rauf Rəşid vəfat edib.
t xəbər verir ki, o, iyunun 4-də İraqın Süleymaniyyə şəhərində müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, milliyyətçə kürd olan R.Rəşid məhkəmədə Səddam Hüseyn barəsində çıxarılan edam hökmünü oxuyub.
Xatırladaq ki, S.Hüseyn 1937-ci il aprelin 28-də anadan olub. 2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilib. O, həmin ilin dekabrın 13-də Tikritdə həbs olunub.
İraq məhkəməsinin 2006-cı il noyabr 5-də çıxardığı qərarla ölüm hökmünə məhkum edilib. S.Hüseyn 2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən asılaraq edam olunub.