03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Həcc ziyarəti üçün kvota dolmaq üzrədir

04.07.2019

Azərbaycandan Həcc ziyarətinə getmək üçün müəyyən edilən 1400 nəfərlik kvota dolmaq üzrədir.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bildirilib ki, Həcc ziyarətinə müraciət edənlərin sayı 1360 nəfəri ötüb.
Qeyd olunub ki, adətən Həcc ziyarətinə gedənlərin 40 faizini qadınlar təşkil edir. Bu il də qadın zəvvarların təqribən 40 faiz təşkil edəcəyi bildirilir. Hazırda sənədlərin qəbulu prosesi davam edir. Sənəd qəbulu kvota tam dolana qədər davam edəcək.
Xatırladaq ki, zəvvarların avqustun 1-dən 6-a qədər Həcc ziyarətinə yola düşmələri, avqustun 21-dən 25-ə qədər isə Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə yola salınacaqlar.
Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir.