09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Zelenskiyə şərt qoyuldu

04.07.2019

Ukrayna Prezidenti Vladimir Zelenski seçkiqabağı vədlərini yerinə yetirsə və Donbasdakı həmvətənləri ilə danışıqlara başlasa, Moskva və Kiyev arasında dialoq, eləcə də, Rusiya və Ukrayna münasibətlərinin yaxşılaşması mümkündür.
Bunu Rusiya Prezidenti Vladimir Putin İtaliyanın "Corriere della Sera” qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, V.Zelenski Donbasdakı həmyerliləri ilə birbaşa təmas qurmağa başlasa və onları separatçı adlandırmağa son qoysa, eləcə də, Ukrayna hakimiyyəti Minsk razılaşmalarını yerinə yetirsə, Kiyevlə konstruktiv dialoq mümkündür.
V.Putin qeyd edib ki, Ukrayna vətəndaşları V.Zelenskidən və onun komandasından bəyanatlar deyil, real hərəkətlər, tezliklə yaxşılığa doğru dəyişikliklər gözləyirlər.