28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şoyqunun dəhşətli yanğınla bağlı açıqlaması

03.07.2019

Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Barens dənizində Hərbi Dəniz Donanmasına aid sualtı qayıqda baş vermiş yanğının bəzi təfərrüatını açıqlayıb.
Hadisəni araşdırmaq üçün Severomorsk şəhərinə gedən rusiyalı nazir orada iclas keçirib.
O, hərbçilərin qəhrəmanlıq göstərdiyini, ilk növbədə sualtı qayıqda olan mülki nümayəndəni təxliyə etdiklərini bildirib: "Onlar yanğının ocağını söndürərək öz yoldaşlarını və dərin sualtı aparatı xilas ediblər”.
Rusiyalı nazir həlak olanlardan 7 nəfərinin I dərəcəli kapitan, 3 nəfərinin II dərəcəli kapitan, 2 nəfərinin isə Rusiya Qəhrəmanı olduğunu vurğulayıb.
S.Şoyqu qeyd edib ki, həyatını itirən zabitlər dövlət mükafatlarına təqdim olunacaqlar.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi iyulun 1-də Barens dənizində Hərbi Dəniz Donanmasına aid sualtı qayıqda baş vermiş yanğın nəticəsində 14 nəfərin həlak olduğu haqqında məlumat yayıb./apa/