29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Onlar hazırlığa getmədən maksimum bal toplayıblar + FOTO

03.07.2019

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 23-də I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələrini açıqlayıb.
DİM-in açıqlamasına görə, imtahanda I ixtisas qrupu üzrə yeddi abituriyent test tapşırıqlarına düzgün cavab verib və maksimum, yəni 400 bal toplayıb.
Onlardan biri Elza Qurbanovadır. O, Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunudur.
E.Qurbanova deyir ki, bakalavr təhsilini Azərbaycanda almağı planlaşdırır:
"Mühəndis olmaq istəyirəm. Bakı Ali Neft Məktəbində təhsil almağı arzulayıram. Bu arzumu reallaşdıracağam.
Magistratura təhsilini isə xaricdə almağı düşünürəm. Qəbul və buraxılış imtahanları ilə birlikdə ümumi balım 688,6-dir. Valideynlərimin və müəllimlərimin də əməyi çoxdur, onlara təşəkkür edirəm".
İmtahanda maksimum bal toplayan şagirdlərdən biri də Mingəçevir şəhər sakini Aysel Seyidəhmədovadır.
O bildirib ki, ali məktəbə hazırlaşan zaman heç bir əlavə məşğələyə getməyib:
"Məktəbdə dərslərimi yaxşı oxumuşam və universitetə hazırlaşmışam. Ümumi 666 bal toplamışam. Hansı universitetdə təhsil alacağıma hələ tam qərar verməmişəm. Bakı Dövlət Universitetində ingilis dili üzrə riyaziyyat müəllimliyi ixtisasını seçə bilərəm".