29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kikabidze: Bu, Rusiyanı qıcıqlandırır - rusların pis, faydasız...

03.07.2019

Mən hər zaman təkrar edirəm ki, rusların pis, faydasız ssenariləri var.
Bunu "Doyçe Velle”yə müsahibəsində məşhur gürcü müğənni Vaxtanq Kikabidze deyib.
"15-20 il əvvəl mən Jirinovskinin çıxışına baxırdım. O, Gürcüstanın quberniyalara bölünməsi haqqında danışır, deputatlar isə ona qulaq asıb, əl çalırdılar. Plan Gürcüstanı darmadağın edib, pis yaşayışını təmin edib, daha sonra "biz kömək edərək” deməsindən ibarət idi. Kiçik ölkəni yox etmək çox rahatdır”, – deyə o bildirib.
Onun sözlərinə görə, Rusiyanı Gürcüstanın NATO-ya inteqrasiyası qıcıqlandırır:
"Gənclər artıq dünyaya fərqli baxırlar. Kremldə olanlar köhnə düşüncəli adamlardır. Artıq dünyanın fərqli istiqamətə hərəkəti başlayıb. Bizim NATO və Qərbi istəməyimiz, demokratik ölkə olmağımız Rusiyanı qıcıqlandırır”.
O, Kremlin siyasətinin bir gün onun özünə qarşı çevriləcəyini deyib:
"Bilirəm ki, Rusiyada çoxları Putinin siyasətini xoşlayır. Onlar hesab edirlər ki, Putin Rusiya üçün ərazilər ələ keçirir. Yaxşı günlərin birində bu, pis yönə çevriləcək. Rusiyada insanlar onları işğalçı adlandırdığımız zaman inciyirlər. Sənin torpağını ələ keçirəni başqa necə adlandırmaq olar? Vladimir Putin yatıb, Gürcüstan SSR-ni yaradacağını görür”.