29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tonlarla kabab YEYİLDİ

03.07.2019

Ötən ay Minskdə keçirilmiş II Avropa Oyunlarında idman sahələri, fan-zonalar və qonaqpərvərlik bölgələrində pərakəndə ticarət dövriyyəsi 2,6 milyon Belarus rublu təşkil edib.
Bu barədə Belarus Teleqraf Agentliyinə Minsk şəhər İcra Hakimiyyətinin İstehlakçı Bazarının Baş İdarəsindən məlumat verilib.
II Avropa Oyunları zamanı azarkeşlərin içdiyi kvas və pivələrin neçə litr təşkil etdiyi hesablanıb. İyunun 19-dan 30-dək Belarusun milli tərəfdaşı olan pivə zavodunun təşkil etdiyi iaşə obyektləri qonaqlara xidmət etmək üçün üç fan-zonada, qonaqpərvərlik bölgələrində, o cümlədən, 15 idman obyektində fəaliyyət göstərib. Bu müddətdə 177,5 min litr pivə və 45,6 min litr kvas içilib. 
Həmçinin, azarkeşlər Belarus milli mətbəxinin əsas xörəyi olan təxminən 30 ton dranik, eləcə də 23 tondan çox kabab, 36 ton kolbasa və toyuq qrili dadmaq imkanı əldə edib.