03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qızılağac Milli Parkı barədə - QƏRAR

03.07.2019

Nazirlər Kabineti "Azərbaycan Respublikası Qızılağac Milli Parkının ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü”nü təsdiq edib.
Baş nazir Novruz Məmmədovun imzaladığı müvafiq qərara əsasən, Milli Parkın ərazisinin xüsusi mühafizənin ayrı-ayrı rejimləri tətbiq olunan fəaliyyət zonaları üzrə bölgüsü əlavə olunmuş xəritədə və aşağıda göstərilən hüdudlarda təsdiq edilir:

1) xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilən zona (qoruq rejimi) – 67094,0 hektar;

2) təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilən zona – 4404,0 hektar;

3) turizm və rekreasiya zonası – 25842,0 hektar;

4) turistlərə, elmi və maarifləndirmə məqsədli şəxslərə xidmət göstərilən zona – 1698,0 hektar;

5) Milli Parkın fəaliyyətini təmin etmək üçün təsərrüfat-istehsalat zonası – 22,0 hektar.