04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Heydər Əliyev Fondu müsabiqə keçirəcək

02.07.2019

Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Regional İnkişaf” İctimai Birliyi (RİİB) sosial layihələr müsabiqəsinin həyata keçirilməsinə başlanılır.
Bu barədə Heydər Əliyev Fondunun saytında məlumat verilib.Bildirilib ki, layihələr vətəndaş cəmiyyətinin inkişafı, dayanıqlı inkişaf məqsədləri, o cümlədən, ayrı-ayrı sahələr üzrə dövlət proqramlarına dəstək məqsədilə keçiriləcək və müsabiqə qeyri-kommersiya sahəsində fəaliyyət göstərən təşkilat və birlikləri, vətəndaş qruplarını əhatə edəcək.
Müsabiqədə elm və təhsilin inkişafına, innovativ ideyaların dəstəklənməsinə, ətraf mühitin mühafizəsinə, müxtəlif sosial yönümlü məsələlərin həllinə və digər istiqamətlərə yönəlmiş layihələr iştirak edə bilər.
Müsabiqədə iştirak şərtləri "Regional İnkişaf” İctimai Birliyinin rəsmi internet saytında (www.riib.az) elan edildikdən sonra elektron qaydada ərizə və layihə sənədlərinin qəbuluna başlanılacaq.
Müsabiqənin nəticələrinə görə qalib seçilən layihələrin həyata keçirilməsinə maliyyə dəstəyi göstəriləcək.
Bununla əlaqədar olaraq, özəl sektorun nümayəndələri də korporativ sosial məsuliyyət layihələrinə töhfə verərək RİİB-in elan etdiyi müsabiqəyə dəstək göstərə bilər.