03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yol polisindən sürücülərə xəbərdarlıq

02.07.2019

Sumqayıtda müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan avtobuslar üçün xüsusi zolaqların salınmasına başlanılıb.
Şəhərin əsas girişi olan Sülh prospektində hərəkət sıx olduğundan və tıxacların qarşısının alınması məqsədilə yolun birinci zolağı avtobuslar üçün ayrılıb.
Avtobuslar üçün ayrılmış həmin zolaqlara keçən digər nəqliyyat vasitələri yol polisi tərəfindən cərimələnəcək.
Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi Şamxal Əliyev açıqlamasında cərimənin məbləğini də açıqlayıb: "Nişanlama xəttinin tələbi olaraq 40 manat məbləğində cərimə tətbiq olunacaq. Həmin xəttə girmə elə xəttin tələbini pozmaq deməkdir. Sürücülər üçün xətdə saxlamaqla, xəttə girmək eyni məsuliyyətdir. İş tam başa çatmadığı üçün hələ ki, sürücülərə xəbərdarlıqlar edilir. Sülh küçəsinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsindən Koroğlu prospekti istiqamətində nişanlama bu gün aparılacaq. İşlər tam başa çatmadığı üçün sürücülər hələ ki, cərimələnmir. Yalnız xəbərdarlıqlar olunur"/apa/