09 05 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Suriya bazasını kim vurdu: ABŞ, yoxsa...? +VİDEO

09.04.2018

Suriyanın Xüms vilayətinin şərqində yerləşən T-4 aviabazası kütləvi raket atışına məruz qalıb.
"Dövran Media" xəbər verir ki, bu barədə informasiyanı SANA agentliyi yayıb. Hücum zamanı ölən və yaralananların olduğu bildirilib. Agentlik hücumun arxasında ABŞ-ın dayandığını iddia edib
Livanın "Əl Mayadin” televiziyası raketlərin Aralıq dənizindən buraxıldığı haqqında informasiya yayıb. Suriyanın hökumət qüvvələri isə bazaya 8 raketin atıldığını bəyan edib.
"RİA Novosti” agentliyi hücum zamanı bütün raketlərin Suriya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulduğunu bildirib. Agentlik hücum zamanı heç kimin xəsarət almadığını qeyd edib.
ABŞ Müdafiə Nazirliyi həmçinin hücumun arxasında dayanmadığını açıqlayıb.
Qeyd edək ki, 2017-ci il 7 apreldə ABŞ qanadlı raketlərlə Suriyanın Şeyrat bazasını darmadağın etmişdi. Suriyada rejim qüvvələrinin kimyəvi silah tətbiq edəcəyi halda növbəti zərbə endiriləcəyi xəbərdarlığı edilmişdi.
Ötən gün isə Şərqi Qutanın Duma ərazisində kimyəvi silahdan istifadə edildiyi, ən azı 80 nəfərin öldüyü, minlərlə insanın zəhərləndiyi xəbəri yayıldı və buna görə BMT TŞ-nin iclası çağırılıb. Trampın açıqlaması ABŞ-ın Suriyaya zərbə endirəcəyi haqda rəy yaratdığından, Rusiyanın bu ölkədəki S-400-ləri tam döyüş hazırlığına gətirildi, rus qırıcıları isə Aralıq dənizində ABŞ HHQ-ni izləməyə başladı.
***
Suriyadakı T-4 aviabazasının raket atəşinə məruz qalmasından sonra İŞİD Xüms vilayətinin bir sıra rayonlarında hücuma keçməyə cəhd edib.
Bu barədə informasiyanı "Əl Mayadin” televiziyası yayıb. Televiziya həmçinin hücum zamanı İsrail kəşfiyyat təyyarələrinin T-4 aviabazası üzərində uçuş apardığını bildirib.
İsrail Müdafiə Nazirliyi T-4 bazasının vurulmasıyla bağlı məlumatları şərh etməkdən imtina edib.