04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

42 şəhərin baş planı təsdiqlənib

02.07.2019

Nazirlər Kabineti tərəfindən bir il ərzində yeddi şəhərin baş planı təsdiqlənib.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev "Caspian European Club” və "Caspian American Club” çərçivəsində keçirilən biznes-forumda deyib.
S.Nuriyev bildirib ki, bununla da təsdiqlənmiş şəhər baş planlarının sayı 42-yə çatıb:
"Hazırda üç şəhərin (Ağcabədi, Biləsuvar, Göyçay) baş planı razılaşdırılma mərhələsindədir. Yaxın vaxtlarda onların da təsdiq edilməsi gözlənilir. Daha yeddi şəhərin (Bakı, Daşkəsən, Kürdəmir, Saatlı, Sabirabad, Şabran, Tərtər) isə baş planının hazırlanmasına başlanılıb. Qarşıdakı iki il ərzində doqquz şəhərin baş planının hazırlanması işlərinə başlanılacaq”.
Onun sözlərinə görə, strateji layihələrlə bağlı dövlət qurumlarına müraciət edilib:
"Bu layihələrdən bəziləri prioritetləşdiriləcək, bəziləri isə strateji olmasa belə, planda qalacaq. Planda qalan layihələrin həyata keçirilməsi, təbii ki, nəzərə alınacaq”.