02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Metroya yeni qatarlar buraxılır

02.07.2019

"Bakı Metropoliteni" QSC-nin iki yeni qatar bu gün xəttə buraxılacaq. 
Bunu QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, yeni vaqonlardan ibarət qatarlar bu gün saat 12:00-da "Dərnəgül" stansiyasından yola salınacaq.
Qeyd edək ki, bu ilin sonunadək "Bakı Metropoliteni"nin 30 köhnə vaqonu istismardan çıxarılaraq yeniləri ilə əvəzlənəcək. Yeni nəsil vaqonların bir çox parametrləri ilə digər vaqonlardan seçilir.
Qeyd edək ki, "Bakı Metropoliteni" QSC ilə Rusiyanın "Transmaşholdinq" Səhmdar Cəmiyyəti arasında bu ilin əvvəlində bağlanmış müqaviləyə əsasən, Bakı metropoliteni üçün istehsal edilmiş 10 vaqon artıq Bakıya çatdırılıb. Cari il ərzində Rusiya müəssisəsi tərəfindən "Bakı Metropoliteni” üçün daha 20 vaqon istehsal ediləcək.