02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Liviyada girov götürülən 6 dənizçi azad edildi

01.07.2019

Liviya Milli Ordusunun rəhbəri general Xəlifə Xəftərin tərəfdarlarının girov götürdüyü 6 Türkiyə vətəndaşı sərbəst buraxılıb. 
Gəmiçilər sərbəst buraxılıb, öz istəkləri ilə öncədən çalışdıqları gəmidə qalıb işləyə bilərlər. 
Qeyd edək ki, Xəftərin tərəfdarları Liviya sularında Türkiyəyə məxsus "Nesa Sercan”, "Kara Bilal” və "Mina Ayşe” adlı gəmilərə basqın edərək, 6 Türkiyə dənizçisini girov götürüb. 
Liviyada Muammər Qəddafinin devrilməsindən sonra ölkənin şərqini ələ keçirən və son zamanlar gücü zəifləyən Xəlifə Xəftər Ərdoğanı Liviyanın daxili işlərinə qarışmaqda ittiham edib.
Xəftər Türkiyənin Qətərlə birgə Liviyanın mərkəzi hökumətinə dəstək verdiyini və ölkənin bir qismini işğal altında saxladığını söyləyib.