05 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni əsgərı: hərbi hissəyə qayıtsam, intihar edəcəm

01.07.2019

Ermənistan ordusunun 19 yaşlı əsgəri Narek S. məzuniyyətdən sonra xidmət etdiyi hərbi hissəyə qayıtmaqdan imtina edib.
Ermənistanın Açapnyak administrativ dairəsindən olan əsgər qanuni məzuniyyət alaraq, evlərinə gedib.
İyunun 30-da məzuniyyət müddəti başa çatdığı üçün, o, hərbi hissəyə qayıtmalı imiş. Ancaq əsgər hərbi hissəyə qayıtmaqdan imtina edib. O, valideynlərinə deyib ki, hərbi hissəyə qayıtsa intihar edəcək.
Narekin sözlərinə görə, onu hərbi hissədə öldürəcəklər. Valideynləri psixoloqa müraciət ediblər. Mütəxəssislər onu intihar etmək fikrindən daşındırıblar. Əsgər hərbi hospitala yerləşdirilib.
Hazırda əsgər həkimlərin və hərbi polisin nəzarəti altındadır. Onun qulluq etdiyi hərbi hissədə araşdırma aparılır./report/