05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Saakaşvilidən deputata: Villanı onlara bağışla

01.07.2019

Mixail Saakaşvili ilə Ali Radanın deputatı Oleq Lyaşko arasında canlı yayımda mübahisə yaşanıb.
Mübahisə Lyaşkonun xəstə uşaqlara sahib olan ailələrin problemlərindən şikayət etməsindən sonra başlayıb. Bu zaman Saakaşvili deputata bu cür ailələrə öz malikanələrini və milyonlarla dollarını bağışlamağı "məsləhət” görüb.
"Bu, danışmaqdan daha faydalı olardı”, - Saakaşvili bildirib.
Cavabında isə deputat Saakaşvilidən barəsində iş qaldırılmış vətəninə qayıtmaq istəyib-istəmədiyini soruşub.
Saakaşvili "qeybətcil” Lyaşkodan fərqli olaraq, Odessada yol tikdiyini qeyd edib.
Bundan sonra siyasətçilər bir-birinə qışqırmağa davam ediblər.